Bu tarixlərdə həmçinin, çox mürəkkəb anadangəlmə ürək qüsurundan əziyyət çəkən 15 körpə uşaq üzərində ürək-damar cərrahı Rəşad Mahmudovun rəhbərliyi atlında, xarici mütəxəssislərlə birgə cərrahi əməliyyatların icrası nəzərdə tutulub. 40-50-yə yaxın xəstənin müayinələri icra olunub. Bu əməliyyatların 8-i Heydər Əliyev Fondunun ayırdığı maliyyə vəsaiti üzrə həyata keçirilmişdir.
16 Fevral tarixində isə Respublika Müalicə Diaqnostika Mərkəzində Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı ilə “Anadangəlmə Ürək Qüsurlarına müasir baxış” mövzulu elmi-praktiki konfrans keçirilmişdir. Konfransda bu sahədə olan yeniliklər və bu aspektdə gələcəyə dair fikirlər istiqamətində yerli mütəxəssislərlə qarşılıqlı diskussiya aparılmışdır.